...

Palmali şirkəti "Bakı" tankerini suya buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 15:31 (UTC +04:00)

Palmali gəmiçilik şirkəti Tuzla (Türkiyə) şəhərindəki "Ada" gəmi tikintisi tərsanəsindən "Armada" tipli onuncu tankeri suya buraxıb. Çay-dəniz sinfindən olan bu gəmiyə "Bakı" adı verilib. Trend in məlumatına görə, bu barədə Palmali şirkətinin məlumatında bildirilir.

Gəmi 6,5 min ton tutuma malikdir. Onun uzunluğu 138,7 m, eni 16,5 m, göyərtənin hündürlüyü 6 m, suya oturma dərəcəsi 3,6 (çay) və 4,3 (dəniz) metrdir. Qeydə alınma limanı Rusiyanın Taqanroq şəhəri olan bu gəmi Rusiya bayrağı altında üzəcək.

Palmali şirkəti Aralıq, Xəzər və qara dəniz hövzələrində yüklərin daşınması üzrə ixtisaslaşıb. Bundan əlavə, şirkət Rusiyanın daxili limanlarında daşınmalarda liderdir. Şirkətin donanması 100-dən artıq özəl və icarəyə götürülən gəmilərdən ibarətdir.

Palmali əsasən, neft məhsullarının (benzin, qazoyl, soba yanacağı, kerosin) , neft xammalı, qida və sənaye yağlarının nəqli üzrə ixtisaslaşıb. Bundan əlavə, şirkət öz quru yük daşıyan flotiliyasına da malikdir ki, onun vasitəsilə bütün növ quru yükləri daşıyır.

Xəbər lenti

Xəbər lenti