...

Yanvarın sonunadək TRACECA-ya texniki dəstək çərçivəsində üç şirkət müəyyən ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 16:51 (UTC +04:00)

Yanvarın sonunadək Avropa Birliyi TRACECA nəqliyyat dəhlizi ilə təhlükəli yüklərin daşınması ilə bağlı treninqlərlə məşğul olacaq şirkətlərin müəyyən edilməsi üçün tenderin yekunlarını aparmalıdır. Bu barədə Trend ə TRACECA hökumətlərarası katibliyində bildirilib.

Hazırda nəqliyyat dəhlizinə texniki dəstək layihəsi çərçivəsində iki şirkət artıq müəyyən edilib. Tenderin qalibləri Niderlandın nəqliyyat dəhlizinin iştirakçısı olan ölkələrin ekspeditorları və operatorları üçün treninqlərin keçirilməsi layihəsini həyata keçirəcək "NEA"şirkəti və Böyük Britaniyanın dəniz yükdaşımaları idarələri işçilərinin hazırlığı layihəsini gerçəkləşdirəcək "Knayt Smart" şirkəti olub.

Hər iki şirkət texniki layihələrin hazırlığına başlayıb. Dəniz idarələri əməkdaşlarının hazırlığı layihəsində nəqliyyat dəhlizinin dənizə çıxışı olan beş ölkəsi iştirak edir. Ekspeditorların hazırlığı layihəsi 10 ölkəni əhatə edir. Türkiyə, Bolqarıstan və Rumıniya bu layihədə iştirak etməyəcək, belə ki, həmin ölkələrin artıq bu istiqamətdə kifayət qədər yüksək xidmətlərə malikdir.

Xəbər lenti

Xəbər lenti