...

Sankt-Peterburqda MDB Gömrük Xidmətləri Rəhbərləri Şurasının iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 17:17 (UTC +04:00)

Yanvarın 19-da Sankt-Peterburqda MDB Gömrük Xidmətləri Rəhbərləri Şurasının 42-ci iclası öz işinə başlayıb. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yanvarın 19-da yaydığı press-relizdə bildirilir.

İclasda Azərbaycan tərəfdən DGK-nin sədri Kəmaləddin Heydərovun başçılığı ilə Komitənin nümayəndə heyəti təmsil edib.

Tədbirdə, həmçinin, Ümumdünya Gömrük Komitəsinin (ÜGK) baş katibi Mişel Danenin qlobal ticarətin təhlükəsizliyinin təchizatı üzrə təqdimatı gözlənilir.

İclasın gedişində 2005-ci ilin yekunları, xarici iqtisadiyyat növü kimi dövlət büdcəsinə vergilərin proqnozlaşdırılmış miqdarının metodiki əsasları, MDB ölkələri gömrük orqanlarının əməkdaşlarının Rusiya Gömrük Akademiyası bazasında təhsilinin perspektivləri və vəziyyəti, çap məhsullarının qarşılıqlı mübadiləsi üzrə əlverişli şəraitin yaradılması barədə razılaşmanın layihəsinin müzakirə olunacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti