...

2005-ci ildə xarici investisiyaların həcmi 67,2% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 18:34 (UTC +04:00)

2005-ci il ərzində bütün maliyyə mənbələrindən əsas kapital 5,4 mlrd. AZN olaraq qoyulub ki, bu da 2004-cü il ərzində qoyulan sərmayəni 12,7% ötür. Dövlət statistika komitəsində Trend ə bildirilib ki, təmir-tikinti işlərinə investisiyanın həcmi 20,4% artır. İnvestisiyaların ümumi həcmindən 67,2% xarici investisiyaların payına düşür.

İstehsal istiqamətində obyektlərin inşası üçün 4,9 mlrd. AZN yaxud ötən ildə olduğundan 11,9% çox sərmayə qoyulub. Tikinti işlərinə sərmayə qoyuluşu qeyri-neft sektorunda 2004-cü ilin analoji göstəricisini 38,2% ötüb. Ölkədə tikinti kompleksinin inkişafı ilə bağlı olaraq yeni istehsal və sosial obyektlər açılır. Bu dövr ərzində H.Əliyev adına beynəlxalq hava limanında yük terminalı, Şamaxıda televizor istehsal edən zavod, Vayxır su ambarı, Şərur, Tərtər, Sədərəkdə yarımstansiyalar, Naxçıvanda süd istehsalı sexi, Culfa-Naxçıvan magistral qaz kəməri, Astarada konserv zavodu və s. istismara verilib.

Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına Şamaxıda yeni yaşayış evləri, idman kompleksi, Sumqayıt və Şəkidə sağlamlıq mərkəzləri, məktəblər, ambulator poliklinikalar, uşaq bağçalarının tikintisi üçün sərmayə qoyulub.

Xəbər lenti

Xəbər lenti