...

Qars – Axalkalaki – Tbilisi- Bakı dəmir yolu əlaqəsinin açılmasına dair işçi layihəsi mayda başa çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2006 14:49 (UTC +04:00)

Qars - Axalkalaki - Tbilisi- Bakı dəmir yolu əlaqəsinin açılmasına dair layihənin gerçəkləşdirilməsi Bosfor boğazının altından dəmir yolu tunelinin açılması layihəsi ilə bağlı Avropam Birliyi ilə qırılmaz surətdə bağlıdır. Bu barədə Trend Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində (ADDY) bildirilib.

Boğaz altından tunel çəkilməsi layihəsinin gerçəkləşdirilməsi 2007-2008-ci illərə planlaşdırılıb. Beləliklə, Türkiyə, Gürcüstan və Azərbaycan ilə dəmir yolu əlaqəsinin açılması bu ilin sonundan gec olmadan başlamalıdır. Layihənin gerçəkləşdirilməsinə vəsaitin ayrılması 2006-cı ilin birinci yarısına gözlənilir. Bu layihəyə Avropa komissiyası, eləcə də bir sıra beynəlxalq maliyyə institutları da maraq göstərir.

Bakı-Tbilisi-Axalkalaki-Qars marşrutu ilə dəmir yolunun çəkilməsi layihəsinin dəyəri $400 mln. ətşkil edir. Yolun uzunluğu 98 km. təşkil edir, bundan 30 km. Gürcüstanın ərazisinə, 68 km. isə Türkiyənin ərazisinə düşür.

Dəmir yolu əlaqəsinin açılışı ilə bağlı işçi layihəsi bu ilin mayınadək hazır olacaq. Bu layihənin maliyyələşdirilməsi məsələsinin işçi layihəsinin hazırlığı başa çatdıqdan sonra həll edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti