...

Hökumət sığorta yığımlarının indeksləşdirilməsinə 2007-ci ildə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 16:53 (UTC +04:00)

Hələ sovet məkanında "Azərsığorta" Dövlət sığorta şirkətində yığılmış vəsaitlərin kompensasiyasına hökumət 2007-ci ildən tez olmayaraq başlaya bilər. Bu barədə Trend ə maliyyə Nazirliyində bildirilib.

"Azərsığorta"nın hökumətin bu ildən başlamağa niyyətli olduğu əhalinin əmanətlərinin indeksləşdirilməsi ilə paralel bu məsələnin həllini nəzərdə tutmasına baxmayaraq büdcədə bu məqsədlə artıq vəsait qoyulub. Hazırda "Əmanətlərin indeksləşdirilməsi haqqında" qanun layihəsi üzərində iş aparılır.

"Azərsığorta" şirkəti baş direktorunun birinci müavini Aftandil Hacıyev Trend ə bildirib ki, dövlət bu vəsaitlərdən həm kredit, həm də maliyyə ehtiyatları kimi istifadə edib və buna görə də hökumət bu sığorta ödənişlərini indeksləşdirməlidir. "Bu məsələ hökumət qarşısında yenidən qaldırılıb, çünki hazırda əmanətlərin indeksləşdirilməsi mexanizmi hazırlanır və belə bir şəraitdə uzunmuddətli müqavilələrlə sığorta yığımlarının indeksləşdirilməsini aparmaq mümkündür" -deyə A.Hacıyev öz qənaətini bildirib. Bununla bağlı olaraq şirkət maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə, Milli Məclisə müraciət edib.

Xəbər lenti

Xəbər lenti