...

"Altı pilot təsərrüfatı" layihəsinin vəsaitindən 2005-ci ildə 1,5 mlrd. Manat həcmində kreditlər ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 18:23 (UTC +04:00)

"Aqrar-kredit" qeyri-bank kredit təşkilatı idarə heyətinin 12 regional filial bölmələri rəhbərlərinin iştirakı ilə yanvarın 28-nə geniş iclası planlaşdırılıb. "Aqrar-kredit"-də Trend ə bildirilib ki, ilkin iclas ötən şənbə baş tutub və burada qeyri-bank kredit təşkilatı idarə heyətinin məruzəsi dinlənilib.

"Aqrar-kredit"in xüsusi vəsaitləri hesabına kənd yerlərinin kreditləşdirilməsinə nəzərdə tutulmuş 18 mlrd. manat əvəzinə 19,5 mlrd. manat verilib ki, bundan da 2,8 mlrd. manat faizli ödənişlərin payına düşür.

Bundan fərqli olaraq DB-nin "Altı pilot təsərrüfatı" layihəsi üzrə revolver hesabından maliyyə mənbəyi cəmi 1,467 mlrd. manat məbləğində həyata keçirilib, baxmayaraq ki, bu məqsədlə 5 mlrd. manat yönəldilməsi proqnozlaşdırılırdı. Belə yavaş templər ötən ilin mayında maliyyə nazirliyi ilə agent sazişinin bərpası ilə izah edilir. Öncə bu, üçtərəfli idi və sazişdə üçüncü tərəf özəl kənd təsərrüfatına dəstək Agentliyi idi. Amma bunun ləğv edilməsi və bu funksiyaların kənd təsərrüfatı nazirliyinə verilməsi nəticəsində agent sazişinə yenidən baxılma zərurəti yarandı və indi də bu, ikitərəfli əsasda bağlanıb. Bunun üçün vaxt lazım idi. Buna görə də altı pilot kənd təsərrüfatının kreditləşdirilməsi gecikdirildi. "Aqrar-kredit"in mütəxəssisləri tərəfindən pilot təsərrüfatlarındakı vəziyyət daim öyrənilir ki, kreditlərin qaytarılmaması ilə bağlı səbəblər əsaslandırıldıqda bunların ödənmə müddəti daha bir neçə vaxta uzadıla bilsin. 2002-ci ilin sonundan "Aqrar-kredit" bu layihənin vəsaitlərindən uzunmüddətli kreditləri verilməsini bərpa edib.

$30 min həcmində bir layihənin maliyyələşdirilməsinin artırılması üçün öncə Dövlət komissiyası tərəfindən təqdiredilmənin alınması tələb olunur. Fermerlər üçün daha məqbul sayılan qısamüddətli kreditlərdir ki, bunlar da bir ildən üç ilədək müddətə verilir. Ortamüddətli kreditlərin ödəniş dövrü 3 ildən 5 ilədək, uzunmüddətli - 5 ildən 8 ilədək təşkil edir.

Ötən il ərzində bu təsərrüfatlar tərəfindən əsas borcdan 3,5 mlrd. manat və 1,7 mlrd. manat faiz olaraq kreditlər qaytarılıb.

Xəbər lenti

Xəbər lenti