...

Sergey İvanovun Azərbaycana səfəri başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 18:26 (UTC +04:00)

RF baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov rəsmi səfərlə Azərbaycana yola düşüb. Burada o, Rusiya hərbi kontingentinin döyüş hazırlığı səviyyəsini və vəziyyətini yoxlayacaq. Müdafiə naziri Azərbaycandan Ermənistana gedəcək. Bu barədə RF-nın Müdafiə Nazirliyindən RİA "Novosti" agentliyinə məlumat verilib.

Bu, nazirin Ermənistana və Azərbaycana planlı səfəridir ", - deyə agentliyin sözçüsü bildirib. Onun sözlərinə görə, baş nazirin müavini Azərbaycanda Rusiyanın 102 saylı Rusiya hərbi bazasına baş çəkəcək. Bu barədə Trend məlumat verib.

"Rusiya hərbçiləri ilə görüşlər keçiriləcək. Nazir hərbi hazırlığın necə həyata keçirilməsinə, bazaların infrastrukturlarının hansı vəziyyətdə olmasına, obyektlərin və stansiyanın necə fəaliyyət göstərdiyinə baxacaq. Problem məsələlər də müzakirə olunacaq ", - deyə sözçü bildirib.

Bununla yanaşı o əlavə edib ki, RF Müdafiə Nazirliyi hər iki ölkənin ərazisindəki Rusiya hərbi kontingentlərinin fəaliyyətinin qənaətbəxş olduğunu hesab edir.

Səfər zamanı Ermənistan və Azərbaycan prezidentləri, hər iki ölkənin baş nazirləri ilə görüşlər, eləcə də müdafiə nazirləri səviyyəsində danışıqların aparılması planlaşdırılıb. Digər məsələlərlə yanaşı, hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

2005-ci ilin dekabrında Rusiya ilə Ermənistan arasında bir sıra ikitərəfli sənədlərin imzalanmasından sonra bu ölkədə Rusiya hərbi bazalarının genişləndirilməsi elan edilib. Həmin sənədlərə görə, Ermənistan 102 saylı bazaya bir sıra torpaq sahələrinin və daşınmaz əmlak verəcək. Baza RF-nın Zaqafqaziyadakı Şimali Qafqaz hərbi dairəsindəki Rusiya qoşunları Qrupuna tabedir. Baza S-300 zenit raket kompleksi və Miq-29 qırıcıları ilə təchiz edilib. Bazanın şəxsi heyətinin sayı 5 min nəfərə yaxındır.

Qəbələ RLS-nın statusu, prinsipləri və istifadə şərtləri barədə Rusiya hökuməti ilə Azərbaycan arasında hökumətlərarası Razılaşma 2002-ci ilin yanvarında imzalanıb. Azərbaycan stansiyanı Rusiyaya 10 illiyə icarəyə verib. Obyektdən istifadə üzrə icarə haqqı ildə $7 mln təşkil edir.

Xəbər lenti

Xəbər lenti