...

Azərbaycan prezidenti BYİB-in qrantı üzrə məktub-sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2006 14:42 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ilə Beynəlxalq yenidənqurma və inkişaf bankı arasında ( BYİB) "Azərbaycan: ticarətin və nəqliyyatın dəstəklənməsi" layihəsinin hazırlanması üçün siyasət və insan resurslarının inkişaf etdirilməsinə dair qrant üzrə məktub-sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda 2005-ci ilin sentyabrın 16-da Bakıda imzalanmış məktub sazişin adıçəkilən qrant üzrə təsdiq edilməsi göstərilir.

Nazirlər Kabinetinə, nəqliyyat, iqtisadi inkişaf nazirliklərinə və Dövlət Gömrük Komitəsinə həmin sənədin həyata keçirilməsi ilə bağlı lazımi tədbirlərin görülməsi tapşırılır.

Xarici işlər nazirliyinə məktub-sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirilməsi barədə Beynəlxalq yenidənqurma və inkişaf bankını xəbərdar etməsi tapşırılır.

Xəbər lenti

Xəbər lenti