...

Thales Azərbaycan hökumətinə öz təkliflərini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2006 20:22 (UTC +04:00)

Fransanın Thales şirkəti Gəncə və Naxçıvanda hava limanları üçün hava hərəkətinin idarə edilməsi sisteminin əldə edilməsi layihəsi çərçivəsində öz təkliflərini Azərbaycan hökumətinə təqdim edib. Bu barədə Trend ə AR Nəqliyyat Nazirliyinin AZAL Dövlət konsernində bildirilib. Yaxın vaxtlarda ölkə hökuməti bu məsələ ilə bağlı qərar qəbul etməlidir.

Azərbaycan hökuməti Fransa tərəfi ilə hava limanlarının naviqasiya avadanlığı və hava hərəkətinin idarə edilməsi sisteminin əldə olunması üçün kreditin təqdim edilməsi məsələsi ilə bağlı danışıqlar aparır. Bu layihənin dəyəri təxminən $15 mln. təşkil edir.

Thales şirkəti (belə sistemlərin istehsalında dünya liderlərindən biridir) Azərbaycana öz istehsalı olan avadanlıq tədarük edəcək. 2001-ci ildə bu şirkət Bakı hava limanı üçün müasir radiolokasiya avadanlığı tədarük edib.

Xəbər lenti

Xəbər lenti