Azərbaycan Respublikası Nəqliyyat nazirliyinin AZAL Dövlət Konserni günün sonunadək Naxçıvana reysləri bərpa etmək niyyətindədir. Xatırladaq ki, NMR-ə uçuşlar respublikada pis hava şəraiti ilə əlaqədar olaraq dayandırılıb. Bu barədə Trend ə AZAL DK-dan məlumat verilib.
"İndiyə kimi dünənki axşam və bugünkü səhər reysləri həyata keçirilməlidir və günün sonuna kimi bu reyslər yerinə yetiriləcək" - deyə DK-dan bildirilib.
AZAL NMR-ə sutkada 4 reys həyata keçirir.