...

Bakıda ilk Azərbaycan-İsrail biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2006 19:31 (UTC +04:00)

Fevralın 20-dən 22-dək Bakıda "Aqroinkişaf və kənd təsərrüfatında əməkdaşlıq" adlı Azərbaycan-İsrail biznes-forumunun keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan investisiya və ixracın təşviqi fondunun rəhbəri Emil Məcidov bildirib. Onun sözlərinə görə, forumun işində iştirak üçün ərizələr artıq İsrailin 10 və Azərbaycanın 50 şirkəti tərəfindən təqdim edilib.

İsrailin AR-dəki diplomatik nümayəndəliyindən Trend ə bildirilib ki, bu, ölkələrimiz arasında ilk biznes-forum olacaq. İsrail bütün dünyada texnologiya və nou-xau tədarükçüsü olduğu üçün Azərbaycanda keçiriləcək biznes-forumun İsraildə inkişaf etmiş sektorlardan biri olan aqrotexnologiyaya həsr olunması qərara alınıb. Bundan başqa, həmin mövzunun seçilməsində bu gün Azərbaycanda qeyri-neft sektorunda kənd təsərrüfatının prioritet olması faktı nəzərə alınıb.

İsrail iş adamlarının nümayəndə heyətinə Beynəlxalq ekspert institutunda aqrotexnologiyalar üzrə əlaqələndirici Ranit Qolovati başçılıq edəcək. Nümayəndə heyətində aqrotexnologiya istehsalçıları ilə yanaşı İsrailin bank sahəsindən, MASHAL proqramı və digər sahələrdən də nümayəndələrin də təmsil olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti