...

Qars-Gümrü dəmiryol xəttinin istifadəsinə dair Ermənistanın təklifi Türkiyə üçün məqbul deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 11:46 (UTC +04:00)

Türkiyə hökuməti Qars-Gümrü dəmir yolu xətti ilə Gürcüstan və Türkiyəyə məxsus yüklərin Ermənistan ərazisindən heç bir xərc olmadan daşınmasına dair Yerevanın təklifinə baxılmasını mümkün hesab etmir. Trend "AzərTAc"-a istinadən xəbər verir ki, Türkiyə Milli Təhlükəsizlik Xidmətinin baş katibi Yigit Alpdoğan bildirib ki, Ermənistan qondarma soyqırımla əlaqədar tarixçilərdən ibarət komissiya yaradılmasına dair Türkiyənin təklifinə müsbət cavab vermədiyindən, bu ölkənin hər hansı təklifinə baxılması məqsədəuyğun deyil.

Onun sözlərinə görə, bu təklif Türkiyənin Ermənistanın qarşısında qoyduğu bir sıra tələblərə, o cümlədən Yerevanın Türkiyəyə, Azərbaycana ərazi iddialarından əl çəkməsi və Cənubi Qafqazda konstruktiv mövqe nümayiş etdirməsi şərtlərinə aprelin sonunadak prezident Robert Koçaryanın cavab verəcəyi halda müzakirə oluna bilər.

Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqları diqqətlə və yaxından izlədiyini bildirən Yigit Alpdoğan, ölkəsinin Cənubi Qafqazdakı münaqişələrlə bağlı ABŞ hökuməti ilə məsləhətləşmələr apardığını söyləyib.

Ermənistanın xarici işlər naziri Iardan Oskanyanın Dağlıq Qarabağ münaqişəsi bölgəsində sülhməramlı qüvvələrin yerləşdiriləcəyi təqdirdə Yerevanın türk qoşunlarının bu qüvvələrin tərkibində iştirakına razı olmayacağını bəyan etməsi Türkiyədə ermənilərin konstruktiv mövqe tutması kimi qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti