...

Azəriqazbank BMK-nın korporativ idarəetmə üzrə pilot proqramında birinci oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 14:18 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) müasir korporativ idarəetmə standartlarının tətbiqinə texniki yardım proqramı çərçivəsində ilk pilot şirkəti seçib. Layihənin rəhbəri Çarlz Kenfildin Trend ə verdiyi məlumata görə, BMK və Azəriqazbankın əməkdaşlıq tarixinə malik olduğunu və ona korporasiya tərəfindən kiçik və orta sahibkarlığın inkişafı üzrə iki kredit xəttinin açıldığını bildirib. O, həmçinin, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yardım edən bank daxili strukturların yaradılmasına yardım iki texniki yardım proqramında, risqlərin qiymətləndirilməsi üçün kredit siyasətinin və prosedurların müəyyən edilməsində də iştirak edib.

BVK seçim edərkuən məhz bu bankı seçməsi bu bank korporativ idarəetmədə təcrübənin təkmilləşdirilməsinə meylli olması ilə izah edilir.

Onun sözlərinə görə, bank korporativ idarəetmənin nizamlanması üzrə daxili qaydalar və normativ aktlar işləyib hazırlayıb.

Korporativ idarəetmə layihəsi korporativ idarəetmə standartlarının İqtisadi Əməkdaşlıq Təşkilatının normalarına müvafiq olaraq tətbiqinə yardım edir.

Xəbər lenti

Xəbər lenti