...

Fitch-in qiymətləndirməsi BMK-nin Azərbaycanda gələcək fəaliyyətinə təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 15:10 (UTC +04:00)

"Dövlət hələ də iqtisadi sabitlik üzərində nəzarəti saxlayır və mən hesab edirəm ki, böyük imkanlar vardır" -deyə Beynəlxalq maliyyə korporasiyasının (BMK) Mərkəzi Asiya və Şərqi Avropa regionundakı maliyyə sektoru üzrə regional meneceri Martin Kimmiq Fitch Ratings reytinq agentliyinin bəyanatını Trend ə belə şərh edib.

"Mən agentliyin qiymətləndirməsinin nəticələrini şübhə altına qoymaq istəmirəm, amma mənim şəxsi nöqteyi nəzərim belədir ki, Azərbaycan neft sektorundan böyük gəlirlər alır. Amma ölkədə sabitliyə gəlincə, mən hesab etmirəm ki, vəziyyət nəzarətdən çıxıb. Siz özünüz görürsünüz ki, Azərbaycanda mülk, eləcə də istehlak mallarının qiyməti necədir"-deyə regional menecer qeyd edib.

Onun sözlərinə görə, BMK uzunmüddətli sərmayəçidir və qısamüddətli sərmayələr həyata keçirmir, buna görə də Azərbaycanda həm də ağır makroiqtisadi şəraitdə mövcud ola bilən inkişaf etmiş və güclü institutların yaradılmasında maraqlıdır. Bununla bağlı o, hesab etmir ki, reytinq agentliyinin qiymətləndirməsi BMK-nin Azərbaycandakı fəaliyyətinə təsir etsin.

Fitch Ratings yanvarın 24-də Azərbaycanın xarici və milli valyutada suverekn reytinqini BB səviyyəsində (2004-cü ildə olduğu kimi) təsdiq edib, proqnoz "sabitdir". Agentliyin məlumatında sürətli iqtisadi artım və ixrac həcminin artırılmasına baxmayaraq ölkədə qeyri-sabitlik riskinin olması qeyd olunur. Agentliyin ekspertləri hesab edir ki, bu tendensiyalar gələcəkdə suveren krediti ödəmə qabiliyyətinin yaxşılaşdırılması və Azərbaycanda reytinqlərin yüksəldilməsinə (ölkədə özəl investisiyaların dəstəyinə və qeyri-neft sektorunun inkişafına yönəldilmiş struktur islahatların davam etdirilməsi şərtilə) kömək edcək.

Xəbər lenti

Xəbər lenti