...

AtaLizing şirkətinin portfeli $2 milyona çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 17:34 (UTC +04:00)

2005-ci ildə fəaliyyətinin yekunlarına görə, AtaLizing lizinq şirkətinin portfeli $2 milyona çatıb. Bu barədə Trend ə şirkətin rəhbəri Ceyhun Məmmədbəyli məlumat verib.

Onun sözlərinə görə, lizinq əməliyyatlarının beləc həcmdə maliyyələşdirilməsi imzalanan 30 müqavilə əsasında əhyata keçirilir. Maliyyələşdirmə əsasən, 3 sahədə - tikinti, nəqliyyat və sənaye sahəsində avadanlıqların əldə edilməsi üzrə aparılır.

Bu gün AtaLizing-in lizinq portfeli onun 0,5 milyon dollar səviyyəsində formalaşan nizamnamə kapitalından yüksəkdir. C.Məmmədbəylinin sözlərinə görə, şirkət cəlb edilmiş kreditlər əsasında əməliyyatları həyata keçirməkdə davam edir. Qanunverecilikdəki məhdudiyyətlərə görə, AtaLizing səhmdarı olan Atabankdan vəsait cəlb edə bilmir. İkinci problem isə ondan ibarətdir ki, şirkət bank nəzdində yaranıbsa, o zaman həmçinin bir borc alanın limiti müəyyən ediliri ki, bu da bir çox lizinq şirkətlərini öz bankları ilə işləməsini çətinləşdirir. Maliyyələşdirmənin digər mənbəyi şirkətin korporativ istiqraz vərəqələridir.

Şirkətin rəhbəri həmçinin, ilin sonuna kimi AtaLizing-in təsisçilərinin şirkətin maliyyə kapitalının artırılması məsələsinə yenidən baxacaqlarını qeyd etsə də, lakin onun həcminin nə qədər olacağını bildirməyib.

Xəbər lenti

Xəbər lenti