...

Azərbaycanın lizinq şirkətləri Assosiasiyasının institusional inkişafına Kanada hökumətinin məsləhətçisi kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 17:38 (UTC +04:00)

Azərbaycanın lizinq şirkətləri Assosiasiyasının növbəti iclası fevralın 3-nə planlaşdırılıb. Bu barədə Trend ə assosiasiyanın prezidenti Ceyhun Məmmədbəyli bildirib. İclasda 2005-ci ildə fəaliyyətin yekunları, yeni üzvün qəbul edilməsi məsələsinə baxılacaq və Kanada məsləhətçisinin çıxışı dinləniləcək.

Assosiasiyanın yeni üzvü Bank of Baku olacaq. Həmin bankda lizinq əməliyyatlarının həyata keçirilməsi üçün departament yaradılıb. C.Məmmədbəylinin də qeyd etdiyi kimi, əgər bank vaxtında ərizə verə bilsə, onun namizədliyinə də bu iclasda baxılacaq. Bu bank da nəzərə alınmaqla lizinq assosiasiyasının 12 üzvü olacaq. Respublikada cəmi 18 lizinq şirkəti fəaliyyət göstərir, baxmayaraq ki, real olaraq 10 belə şirkət işləyir. O, bu faktı lizinq sahəsində ixtisaslaşmış kadrların olmaması ilə izah edir. Eyni zamanda bunların siyahısının genişləndirilməsi gözlənilir, sadəcə banklar əsasən lizinq əməliyyatları üzrə departament yaxud ayrıca struktur yaradılması ilə bağlı qərar qəbul edə bilmir.

Lizinq assosiasiyasının dəvətilə iclasda Kanada hökumətinin biznes sahəsində QHT-nin inkişafı üzrə məsləhətçisi Lourens Kaminq iştirak edəcək. O, lizinq assosiasiyasına institusional quruluş məsələləri, xüsusilə, normativ sənədlərin işlənib hazırlanması, şirkətlər arasında, assosiasiyanın üzvləri ilə qarşılıqlı münasibətlər və digər məsələlərlə bağlı kömək edəcək.

Xəbər lenti

Xəbər lenti