...

Nəqliyyat Nazirliyi martda Avropa bankının krediti ilə bağlı tender elan edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 18:11 (UTC +04:00)

Bu ilin martında AR Nəqliyyat nazirliyinin "Yolnəqliyyatservis" departamenti Bakı-Rusiya sərhədi avtomobil magistralının bir hissəsinin yenidən qurulması layihəsi üzrə podratçının müəyyən edilməsi məqsədilə tender elan etmək niyyətindədir. Bu layihə AYİB-in krediti hesabına maliyyələşdirilir. Bu barədə Trend ə Nəqliyyat Nazirliyində bildirilib.

Bir tenderin iki lot üzrə elan edilməsi nəzərdə tutulur. Nazirlikdə qeyd olunub ki, beləliklə, layihənin gerçəkləşdirilməsi həm bir, həm də iki podratçı tərəfindən həyata keçirilə bilər. Hazırda bu yolun yenidən qurulması layihəsinin hazırlığı davam etdirilir.

Avtomobil magistralının yenidən qurulması layihəsinin gerçəkləşdirilməsi üçün vəsaiti AYİB və Çexiya "Eksimbank"ı ayırır. AYİB-in kreditinin məbləği $100 mln. təşkil edir. Bu kredit dövlət zəmanəti ilə standart şərtlərlə ayrılır. Bu vəsaitlər yolun 28 km-dən 89 km.-dək hissəsinin yenidən qurulmasına xərclənəcək. Yolun qalan 208 km hissəsi Çexiya "Eksimbank"ının təqdim etdiyi $180 mln. həcmində kredit hesabına yenidən qurulacaq. Çexiya bankının kreditisindikatlaşdırılıb. Vəsaitin ümumi həcmindən $102 mln. "Eksimbank" və $78 mln. isə Fransanın BNP Paribas bankı tərəfindən təqdim edilib. Kredit 4 illik güzəştlə 15 il müddətinə Libor+0,6% faiz dərəcəsi ilə ayrılıb.

Xəbər lenti

Xəbər lenti