...

INTOSAI (IDI) ekspertlər qrupunın rəhbəri Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 18:48 (UTC +04:00)

INTOSAI (IDI) təşkilatının ekspertlər qrupunun rəhbəri Maqnus Borq Bakıya səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Hesablama Palatasından (HP) məlumat verilib. Səfər 2006-cı ilin fevralına planlaşdırılıb.

HP-dan bildirilib ki, M.Borqun səfərində əsas məqsəd fevralın 6-dan 24-nə kimi INTOSAI -ın IDI -İnkişaf Təşəbbüsü fokus qrupunun dövlət borcları auditi seminarının işində iştirak etməkdir.

"M.Borqun səfəri zamanı HP-nın rəhbərliyi ilə görüş keçiriləcək və audit sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə məsləhətləşmələr aparılacaq", - deyə HP-dan bildirilib.

Xəbər lenti

Xəbər lenti