...

BMK-nın meneceri: Azərbaycanın bank sistemində risklər və böyük imkanlar vardır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 18:48 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyasının (BMK) Azərbaycandakı fəaliyyətinin gələcək strategiyası bank sektorunun, eləcə də müxtəlif maliyyə institutlarının dəstəklənməsi və möhkəmləndirilməsi ilə bağlıdır. Bu barədə Trend ə BMK-nın Mərkəzi Asiya və Şərqi Avropa regionunda maliyyə sektoru üzrə regional meneceri Martin Kimmiq bildirib. Onun sözlərinə görə, korporasiya Azərbaycanda həm də ipoteka sahəsində texniki dəstək göstərmək niyyətindədir. BMK üçün lizinq sektorunun inkişafı da çox əhəmiyyətlidir.

Bu gün BMK-nın Azərbaycanda beş müştərisi (Azəriqazbank, Rabitəbank, UniBank, Koçbank-Azərbaycan və Azərbaycanın mikromaliyyələşdirmə bankı) vardır. M.Kimmiqin Azərbaycana səfərinin məqsədi, onun da hesab etdiyi kimi, BMK-nın hər bir tərəfdaşı ilə şəxsən görüşmək zərurəti ilə bağlıdır.

"BMK ölkədəki fəaliyyətini genişləndirməyi planlaşdırır və mən bilirəm ki, Azərbaycanda bank sektoru çox mürəkkəbdir və böyük risklər vardır. Amma eyni zamanda böyük imkanlara da malikdir. BMK Azərbaycanda yeni yaradılmış banklarla işləməyə üstünlük verir. Buna görə də korporasiya bu banklarla korporativ idarəetmə, səhmdar kapitalda iştirak, mikromaliyyyələşdirmə, ipoteka sahəsi kimi müxtəlif istiqamətlərdə işləməyə hazırlaşır"- deyə regional menecer qeyd edib.

Bu gün BMK iki bankın - Koçbank və AMMB-nın kapitalında iştirak edir, qalan banklarla isə lizinqin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq edir. Eyni zamanda AMMB üçün də kredit xətti təqdim edilib.

O, gələcəkdə Azərbaycan banklarına sərmayə qoyulması sahəsində korporasiyanın planlarını açıqlamadı. "Banklarda böyük imkanlar vardır, çünki ölkədə çoxlu kiçik banklar vardır. BMK bankların səhmdar kapitalına da sərmayə qoya bilər" -deyə qonaq bildirib.

Xəbər lenti

Xəbər lenti