...

Fevral ayınadək AZPROMO Müşahidə Şurası formalaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 19:07 (UTC +04:00)

Bu günlərdə Azərbaycanın məsləhətləşmələr və investisiyalar fondunun (AZPROMO) rəhbərliyi Müşahidə Şurasının tərkibinin formalaşdırılmasına dair təkliflərin müzakirəsinə hazırlaşır. Bu barədə Trend ə şuranın sədri Çingiz Əsədullayev bildirib. "Şübhəsiz ki, şuraya xarici və yerli investisiyaların cəlb edilməsində maraqlı olan şirkətlər, həmçinin sərmayəçilər qatıla bilər. Bunlar AZPROMO himayəçilər Şurasının üzvlərindən olacaq. Vəziyyət belədir ki, işləyən rəhbərliyə işləyən şura lazımdır"- deyə Ç.Əsədullayev bildirib.

Şuranın fevraladək formalaşdırılacağı gözlənilir. Şura rəhbərinin sözlərinə görə, bundan sonra icra strukturunun maliyyələşdirilməsi, iş planının müəyyən edilməsi və digər məsələlər həll edilməlidir. AZPROMO himayəçilər Şurasının yanvarın 17-də keçirilmiş son iclasında şura üzvlərinə sorğu vərəqələri paylanıb və hazırda bütün təkliflərin qaydaya salınması aparılır. Məsələlərdən biri də fondun üzvləri üçün üzvlük haqlarının tətbiqi olub.

Yaxın gələcəkdə himayəçilər şurasının üzvləri tərəfindən fondun əməliyyat iş planı da müzakirə ediləcək. "Müşahidə Şurasının yaradılması çox böyük rol oynayır və bu şura planın tezliklə başa çatdırılması və razılaşdırılması vəzifəsini öz üzərinə götürə bilər. Belə olan halda, planın razılaşdırılması iş qaydasında keçiriləcək" -deyə Ç.Əsədullayev öz əqnaətini bildirib. Müşahidə Şurasının yaradılması himayəçilər Şurasının sonuncu iclasında elan edilib. Müşahidə Şurasının tərkibinə 7 üzv daxildir.

Xəbər lenti

Xəbər lenti