...

2005-ci ildə Azərbaycanın xarici ölkələrlə ticarət əməliyyatlarının həcmi $8547276 min təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2006 13:03 (UTC +04:00)

2005-ci ildə Azərbaycanın 137 ölkə ilə ticarət əməliyyatlarının həcmi $8547276 min təşkil edib. Trend Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, bu dövr ərzində malların 2102 növü üzrə $4346879,8 min ixrac həyata keçirilib. Malların 5740 növü üzrə idxal $4200396,2 min təşkil edib. İdxal-ixrac əməliyyatları ilə bağlı müsbət saldo $146483,6 təşkil edib. 2004-cü illə müqayisədə idxal həcminin artımı 20,23% ($731261,3 min), ixrac əməliyyyatları 19,46% yaxud $684222,1 min təşkil edib.

Ötən il Azərbaycana xarici ölkələrdən (MDB ölkələrindən başqa) $2752909,6 min məbləğində mal gətirilib. Bunlar əsasən, müxtəlif növ avadanlıqlar, elektrik maşınları, mebel, quru nəqliyyatı vasitələridir.

Bu dövr ərzində Azərbaycandan xarici ölkələrə (MDB ilə yanaşı) $3441539,3 min məbləğində mal ixrac olunub ki, bu da ixracın ümumi həcminin 79,17%-ni təşkil edir. Bu ölkələrəi əsasən, neft məhsulları, meyvə, qara metal və digər məhsullar ixrac olunub.

Bundan başqa, MDB ölkələrinə $905340,6 min məbləğində mal ixrac olunub ki, bu da ümumi ixrac həcminin 20,83%-ni təşkil edir. Eyni zamanda Azərbaycana həmin ölkələrdən $1447486,6 min məbləğində mal idxal olunub ki, bu da ümumi idxal həcminin 34,46%-ni təşkil edir. MDB ölkələri üzrə həmin dövr ərzində $542146 min məbləğində mənfi saldo yaranıb. MDB ölkələrindən Azərbaycana əsasən qurğular, avadanlıq, quru nəqliyyatı vasitələri, neft məhsulları, dənli bitkilər idxal olunub. Respublikadan MDB ölkələrinə tərəvəz, neft, kimyəvi məhsullar, bitki və heyvan yağları və digər məhsullar ixrac olunub.

Xəbər lenti

Xəbər lenti