...

Fitch Ratings Beynəlxalq bankın reytinqini əvvəlki səviyyədə saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2006 14:49 (UTC +04:00)

Fitch Ratings Beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq bankının (ABB) reytinqini 2004-cü il səviyyəsində, uzunmüddətli reytinq - "BB-" səviyyəsində, qısamüddətli - "B", fərdi reytinq - "D/E" və dəstək reytinqi - "5" olaraq təsdiq edib. Uzunmüddətli reytinq üzrə proqnoz "Sabit" olaraq qalıb.

ABB idarə heyətinin sədr müavini Əsgər Məmmədov agentliyin qərarını Trend ə şərh edərkən bildirib ki, bu fakt ölkə reytinqinin həmin səviyyədə qalması nəzərə alınarsa təəccüblü deyil.

"Bankın reytinqi suveren səviyyədən yüksək ola bilməz, baxmayaraq ki, ölkə və bank reytinqinin respublikadakı iqtisadi proseslərə və ABB-nin inkişafındakı irəliləyişə əsasən bərpa edilməsi yaxşı olardı" -deyə Ə.Məmmədov bildirib. Agentliyin məlumatında deyilir ki, ABB-nin uzun və qısa müddətli reytinqi, eləcə də dəstək reytinqi Azərbaycan hakimiyyəti tərəfindən zərurət halında banka dəstək göstərməsi ehtimalını əks etdirir.

Bankın hazırda AR maliyyə nazirliyinə məxsus aksiya paketlərinin 50,2% həcmində planlaşdırılmış mərhələli özəlləşdirilməsi hökumətin strateji vəzifəsidir, amma bunun yaxın vaxtlarda gerçəkləşdirilməsi çətin ola bilər. Bundan başqa, özəlləşdirmə prosesindəki irəliləyiş hər halda ilkin mərhələdə ABB-yə dövlət dəstəyinin verilməsi ehtimalına və deməli bankın reytinqinə çətin təsir etsin.

Fərdi reytinq beynəlxalq standartlar üzrə bankın bir qədər böyük miqyasını, kredit portfelinin və fondlaşdırma bazasının yığılmasının yüksək səviyyəsini diqqətə çatdırır ki, bu da korporativ idarəetməyə münasibətdə narahatlıq yaradır. Ə.Məmmədov hesab edir ki, korporativ idarəetmənin standartları daim təkmilləşdirilir, buna görə də, onun səviyyəsinin ABB-də xarici ekspertləri razı salmaması təəccüblü deyil.

Bundan başqa, fərdi reytinq kapitalın mövcud kəsirini əks etdirir. Fitch son illərdə problemli kreditlərin aşağı səviyyəsini və ölkədə bankın böyük müştəri bazasını müsbət amil olaraq qeyd edir.

2004-cü ildə Azərbaycanın Milli bankı ABB-yə 2006-cı ilin ortaları və 2008-ci ilin sonunadək kapitallaşma və kredit riskinin yığılması (yerli standartlarla) səviyyəsi üzrə tələblərin pozulmasında işləməyə icazə verib. Nəticədə, 2005-ci ilin sonuna bankın bəzi borcluları ilə bağlı risklər xüsusi vəsaitlərin 25 %-də müntəzəm həddi ötüb, halbuki birindən başqa bütün kreditlərin dövlət zəmanəti vardı.Bankın təqdim etdiyi ödənmə müddəti 2006-cı ilin ortalarına olan kreditlərdən biri təxminən 2,5 dəfə bankın xüsusi vəsaitlərini ötüb.

2005-ci ilin sonuna olan vəziyyyətə görə, ABB ölkədə kreditləşdirmənin 46% seqmentini, korporativ müştəri depozitlərinin 78% seqmenti, və fiziki şəxslərin depozitlərinin 32%-ni tuturdu. Müqayisə üçün Azərbaycanda digər bank bu seqmentlərdən hər hansı birində 8%-dən çox yer tutmur.

ABB idarə heyətinin sədr müavini bildirib ki, bank sistemində lider kimi bəzən AMB-nin normativ tələblərinin pozulması baş verir. Belə zərurət ABB-nin müştəriləri olan "AzAL", "Azərenerji" kimi dövlət təşkilatlarının vergi hesablamaları, əmək haqlarının verilməsi, investisiya qoyuluşları ilə bağlı öhdəliklərin yerinə yetirilə bilməməsi zamanı yaranır. İlk iki halda, götürülmüş vəsaitlər qısa müddətdə qaytarılır, hətta bəzən bir ay müddətində olur. Layihələrin maliyyələşdirilməsinə gəlincə, ötən il ABB-nin vəsaiti hesabına modul stansiyalarının inşası üçün dövlət zəmanəti ilə 62,1 mln. avro. ayrılıb. Ə.Məmmədov qeyd edib ki, bu kreditin gələn həftə qaytarılması gözlənilir. Onun sözlərinə görə, normativin pozulması (bir borcluya düşən limit bankın xüsusi vəsaitlərinin 25%-ni ötməməlidir) AMB və ABB arasında bağlanmış protokol əsasında həyata keçirilir. Burada ABB-yə 2008-ci ilədək üç illik müddət verilib ki, bu dövr ərzində bank limiti yüksəldə bilsin.

Agentliyin məlumatında həm də deyilir ki, 2005-ci ilin ilk yarımilinin sonunda ABB-nin kapitallaşmasının ümumi göstəricisi Bazel sazişinin tövsiyələrinə əsasən, 2004-cü ilin noyabrından başlayaraq və hazırda aşağı səviyyədə 8,5 % idi, yerli standartlar üzrə kapital göstəricisi isə minimum həddən də aşağı 12 % səviyyəsində idi. 2006-cı ilin ortalarınadək bankın kapitalına 100 mlrd. manat ($ 20 mln. ) həcmində axın gözlənilir ki, bunun nəticəsində də kapitallaşma göstəricisi yenidən müntəzəm tələblərə uyğun olacaq. Amma əsas vəsaitlər və uzunmüddətli investisiyalar azad kapitalı məhdudlaşdırır, xüsusi vəsaitlər hesabına kapitalın yaranması isə mənfəət göstəricisi və divident ödəmələrinin yüksək faizləri nəzərə alınmaqla aşağı səviyyədədir.

ABB idarə heyətinin sədr müaivini bildirib ki, bankın kapitallaşması barədə qərar hələ ötən ildə qəbul edilib. Bu proses 2005-ci ilin dekabrında başlayıb və maliyyə nazirliyii dövlət payının ümumi 52,1 mlrd. manat həcmindən artıq 24,1 mlrd. manatı ödəyib. Qalan 28 mlrd. manat isə 2006-cı ilin birinci rübü ərzində ödəniləcək. Qalan hissə (100 mlrd.manat məbləğində ümumi emissiya həcmindən 47,9 mlrd. manat) Bakı fond birjasında hazırkı (fiziki və hüquqi şəxslər) səhmdarlar arasında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti