...

İslam bankının dəstəyi ilə qaçqın və məcburi köçkünlərə yardım göstərmək üçün donorlar cəlb olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 14:30 (UTC +04:00)

Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yardım göstərmək üçün İslam İnkişaf bankı bir sıra beynəlxalq təşkilatları cəlb edib. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Yardımın istiqamətlərini müəyyən etmək və yerlərdə əhalinin bu az təminatlı təbəqəsinin yaşayış şəraiti ilə tanış olmaq məqsədilə martda İİB missiyasının Bakıya səfəri gözlənilir.

İslam bankı artıq bu istiqamətdə ölkəyə yardım göstərir. 2005-ci ilin dekabrında bankla məcburi köçkünlər üçün sosial infrastrukturun inşası layihəsinə dair kredit sazişi bağlanıb. Bu layihə İİB tərəfindən maliyyələşdiriləcək.

Layihənin ümumi dəyəri $14,54 milyondur. Bu məbləğin $10,27 milyonu (7 mln. islam dinarı) bank, yerdə qalan $4,27 mln isə hökumətin layihədə iştirak etməsi hesabına maliyyələşdiriləcək. Layihədə Fizuli və Biləsuvar rayonlarında, məcburi köçkünlərin yaşadığı yerlərdə 14 məktəbin (iki tipli - 150 və 198 nəfərlik), 14 tibb məntəqəsinin (xəstəxana, həkimlər üçün ambulatoriya, feldşer məntəqəsi) inşası, həmçinin, içməli su ilə təchizat nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti