...

Visa Azərbaycan bankirlərini ödəmə sisteminin imkanları ilə tanış edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 15:32 (UTC +04:00)

Azərbaycan bankirlərinin Visa International beynəlxalq ödəmə sisteminin inkişaf perspektivləri ilə tanış olması üçün bu gün Iisa-nın MDB ölkələri üzrə Moskva ofisindəki regional meneceri Svetlana Georbelidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. "Azərikard" prosessinq mərkəzindən Trend ə verilən məlumata görə, AMB-də təşkil olunacaq sabahkı seminarda ödəmə sisteminin nümayəndələri onun üzvü olmayan bankların marağını cəlb etmək üçün yeni layihələr, məhsullar və marketinq proqramları haqqında məlumat verəcək.

Azərbaycan bankirləri ticarət şəbəkəsində müştərilərə xidmət mədəniyyəti və qaydaları ilə tanış olacaq. Prezidentin fərmanı ilə keçən ilin sonunda təsdiqlənmiş ödəmə sisteminin inkişafı üzrə əlavə tədbirlərin reallaşdırılması çərçivəsində banklar bu il ticarət obyektlərində POS-terminallar quraşdırmağa başlayacaq. Bununla əlaqədar Visa nümayəndələri onları yeni tələblər və perspektivlərlə, ticarət şəbəkəsində terminalların istifadə olunduğu və bu sistemin daha da inkişaf etdiyi MBD ölkələri banklarının bu istiqamətdə iş təcrübəsi ilə tanış edəcək.

Bu gün Azərbaycanın 14 bankı (İşbankası və Atrabank hələ Visa kartları ilə işə başlamayıb) bu ödəmə sisteminin üzvüdür.

Səfərdə digər məqsəd isə ondan ibarətdir ki, fevralın 1-də Azərbaycan Beynəlxalq Bankında Visa kartlarının sahibləri arasında uduşun qalibi elan olunacaq. Mükafat Turin (İtaliya) Olimpiadasına səfərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti