...

Fərhad Əmirbəyov: İpoteka istiqrazlarının dəyəri pul bazarındakı dərəcələrə müvafiq formalaşdırılmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 17:11 (UTC +04:00)

Azərbaycanın ipoteka fondu pul bazarında öz əməliyyatlarının perspektivlərini nəzərdən keçirir. Həmin mövqe Bakı banklararası valyuta birjası ilə bank -market-meykerlərin görüşündə səsləndirilib. Bu barədə Trend ə BBIB rəhbəri Fərhad Əmirbəyov bildirib.

"Biz istərdik ki, birjanın ticarət sistemində formalaşdırılan - 8 vasitə üzrə yerləşdirmə dərəcələri - dərəcələr (BakIBOR və BakIBIT indikatorları) maliyyə bazarının bütün iştirakçıları, eləcə də, maliyyə bazarı ilə əlaqəli olan digər təşkilatlar üçün indikativ olsun. Bu. Pul-kredit siyasətinin və biznesin müəyyən edilməsində isitqamət ola bilər" -deyə F.Əmirbəyov öz qənaətini bildirib.

Vergi qanunvericiliyində də müəyyən normalar vardır ki, bunlara əsasən vergi bazasının hesablaması üçün istiqamət olaraq faiz dərəcələri götürülür. Vergi məcəlləsində bazar dərəcəsi haqqında danışılır, amma hələlik bunlar formalaşdırılır. Buna görə də AMB-nin təkrar maliyyələşdirmə dərəcəsi nəzərdə tutulur. AMB-nin uçot dərəcəsi 9%, üçaylıq BakIBOR - 15,04%, fərq təxminən 70% təşkil edir, buna görə də daha obyektiv BakIBOR indikatoru hesab edilib.

İpoteka fonduna görə, birja rəhbəri həm də ümid edir ki, AİF də bu dərəcələrə yönələcək. Burada bir məntiq vardır ki, bu dərəcələri ölkənin iri kommersiya bankları müəyyən edir. O, hesab edir ki, müxtəlif seçmentlər - fond və kredit bazarı arasında dərin qarşılıqlı əlaqə vardır.

Valyuta birjası 2005-ci il ərzində bank- market-meykerlərin balansı ilə bağlı məlumatları təhlil edib. Birjanın müşahidələri göstərir ki, bir ildən artıq banklararası kreditlər demək olar yoxdur. "Bu, tamamilə normal praktikadır, banklar qısa müddətə bir-birini kreditləşdirir. İpoteka kreditləşdirməsi böyük pullardır. Bununla bağlı olaraq gələcəkdə tətbiq ediləcək ipoteka qiymətli kağızlarının dəyəri pul bazarındakı vəziyyətdən asılı olaraq dəyişə bilər. Bank istiqrazlarında qiymətlərin dəyişməsi də bu bazarda formalaşdırılan dərəcələr nəzərə alınmaqla formalaşdırılmalıdır" -deyə F.Əmirbəyov öz qənaətini bildirib.

Xəbər lenti

Xəbər lenti