...

Maliyyə Nazirliyi Şotlandiyanın Pasley University təşkilatı ilə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 17:47 (UTC +04:00)

Maliyyə Nazirliyi Şotlandiyanın Pasley University ilə Dünya Bankının "Azərbaycana institusional quruculuqda texniki yardım" (IBTA-2) ikinci layihəsi çərçivəsində mühasibəat uçotunun və audit sahəsində qanunvericiliyin təkmilləşdirilməsi vasitəsilə institutisional komponentin gücləndirilməsinin reallaşdırılması üçün müqavilə imzalayıb. Layihənin reallaşdıran qrupdan Trend ə verilən məlumata görə, müqavilənin dəyəri $180 min təşkil edir və aprel ayına kimi məsləhətçi işləri başa çatdırmalıdır.

Şotland təşkilatı artın Maliyyə Nazirliyi ilə Avropa Birliyinin mühasibat uçotunun standartlarının təkmilləşdirilməsi üzrə TASİS layihəsi çərçivəsində işləyir. Buna görə də Nazirlik Dünya Bankına bu məsləhətçi ilə prosesə ara vermədən, sadəcə olaraq maliyyələşdirmə mənbəyni dəyişməklə işləməyi davam etdirməyi təklif edir.

Texniki tapşırıca görə, Pasley University mühasibat və auditor qanunvericiliyi islahatlarına mühasibat uçotu üzrə Məsləhətçi Şuranın potensialını və təşkilini gücləndirmək vasitəsilə kömək edəcək. İslahatların həyata keçirilməsi üçün ölkə üçün strategiya və fəaliyyətin reallaşdırılması planı işlənib hazırlanacaq. Məsləhətçinin vəzifəsinə həmçinin, "Mühasibat uçotu haqqında" yeni Qanunun həyata keçirilməsinə yardım, mühasiblər üçün seminar və konfransların təşkili, kommersiya təşkilatları üçün milli mühasibat standartlarının yaradılması daxildir. Layihə həmçinin, yerli standartların beynəlxalq standartlara keçirilməsi metodologiyasının inkişafını, dövlət büdcəsinə daxil olmalar zamanı vergilərin yenidən hesablanması sisteminə hazırlığı nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti