...

ADDY AYİB-in ikinci krediti çərçivəsində layihələrlə bağlı texniki təkliflərini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 17:51 (UTC +04:00)

AR Nəqliyyat Nazirliyinin Azərbaycan dövlət dəmir yolu (ADDY) Avropa yenidənqurma və inkişaf bankının (AYİB) ikinci krediti çərçivəsində gerçəkləşdirmək niyyətində olduğu layihələrlə bağlı texniki təkliflərini AYİB-ə təqdim edib. Təqdim olunmuş təkliflərin qiymətləndirməsindən sonra Avropa bankının ADDY-yə kreditin ayrılması barədə qərar qəbul edəcəyi gözlənilir. Bu barədə Trend ə ADDY idarəsində bildirilib. Kreditin bu il veriləcəyi gözlənilir.

Avropa bankının dəmir yolunun lokomotiv parkının müasirləşdirilməsi, yenidən qurulması və bərpasına ilk dörd ili güzəştlə 15 il müddətinə $30 mln. həcmində kredit ayıracağı ehtimal olunur. Kreditin faiz dərəcəsi Libor +1% təşkil edəcək. ADDY ikinci mərhələ çərçivəsində daha $20 mln. almaq niyyətindədir. Bu vəsaitlər Bakıda lokomotivlərin təmiri üçün iki deponun inşasına sərf olunacaq. Belə şərtlərlə $20,2 mln. həcmində kredit artıq Avropa bankı tərəfindən 1999-cu ildə ADDY-ə verilib. Hazırda həmin kredit qaytarılır.

Xəbər lenti

Xəbər lenti