...

Naxçıvandan yük daşınmalarının həcmi 13,6 % artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 18:09 (UTC +04:00)

2005-ci ildə Naxçıvandan yük daşınmalarının həcmi 13,6 % , bu müddətdə sərnişin daşınmalarının həcmi 2004-cü illə müqayisədə 7,6% artıb.Bu barədə Trend ə NMR-nın Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Bu müddət ərzində Naxçıvanın nəqliyyat müəssisələrində 7041,2 min ton yük və 41401,2 min sərnişin daşınıb.

Yükdaşınmalırdan və sərnişin daşınmalardan ümumilikdə 22892,7 min AZN gəlir əldə edilib ki, bu da ötən ilğin analoji dövrü ilə müqayisədə 12,7% çoxdur.

2005-ci ildə ümumilikdə Azərbaycanda yükdaşınmalarının həcmində artım 9,2%, mal dövriyyəsinin həcmi 13,5%, sərnişin daşınmalarının həcmi ötən illə müqafisədə 4,8% təşkil edib.

Xəbər lenti

Xəbər lenti