...

Göyçayda quşların qırılmasına səbəb "quş qripi" virusu olmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 18:22 (UTC +04:00)

Göyçayda quşların qırılmasına səbəb "quş qripi" virusu olmayıb. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsindən məlumat verilib. Bu regionda tələf olmanın səbəbi kolibakterioz virusu olub.

Ferma sahibinin quşların onlara vurulan peyvənddən sonra qırılmağa başlaması barədə şikayəti ilə bağlı suala dövlət strukturundan verilən cavabda bunun həqiqətə uyğun olmadığı bildirilir.

"Onlar zərdabın öz təsirini göstərənə qədər ölməyə başlayıblar", -deyə Baytarlıq Xidmətindən bildirilib.

Bundan əlavə, ölkənin cənub regionlarında, o cümlədən Masallıda quşlar üzərində aparılan laboratoriya tədqiqatları köçəri quşlar arasında ölüm sadəcə olaraq onların donması ilə bağlı olduğunu göstərir.

"İndiyə kimi keçirilən 7 monitorinq "quş qripi" virusunun hər hansı bir əlaməti aşkar edilməyib. Azərbaycanda "quş qripi yoxdur", -deyə dövlət strukturundan bildirilib.

Xəbər lenti

Xəbər lenti