...

Azərbaycanın gömrük orqanları kollegiya keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 20:05 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2005-ci ilin yekunları üzrə kollegiya iclası keçirib. Trend in DGK-nin press-relizinə istinadən yaydığı xəbərə görə, ötən il keçirilən bir sıra kompleks tədbirlər nəticəsində dövlət büdcəsinə proqnozlaşdırılan 1,75 trln manata (350 mln AZN) qarşı 1,881 trln manat (376,2 mln AZN) toplanaraq təhvil ve6rilib. Faktiki göstəricilər 2005-ci il ərzində olan proqnozları 7,5%, 2004-cü ildə olan proqnozları 44,3% (577,5 mlrd manat və ya 115,5 mln AZN) ötüb keçib. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov məlumat verib.

Onun sözlərinə görə, 2005-ci ildə 5526 hüquq pozuntusu qeydə alınıb ki, bu da 2003-cü ildəkindən 2942 (demək olar ki, iki dəfə) çoxdur. Onlardan 154 fakt cinayət xarakteri daşıyır. Nəticədə şübhəli qismində 146 nəfər saxlanılıb ki, 78-i Azərbaycan vətəndaşı, 67 nəfəri əcnəbi, bir nəfərin isə vətəndaşlığı yoxdur.

Hesabat dövründə 13,235 kq qızıl, 68,2 kq gümüş, 30 karat brilyant, $50810 və 432 min rubl müsadirə olunub. Digər hüquq-mühafizə orqanları ilə birgə aparılan əməliyyatlar gedişində qanunsuz narkotiklərin dövriyyəsinin qarşısının alınması ilə bağlı 65 fakt qeydə alınıb və bu zaman 159,2 kq (ötən ildəkindən 3 dəfə çox) narkotik maddə, o cümlədən, 9,2 kq tiryək, 143 kq marixuana, 5 kq həşiş, 632 qr. heroin və 2781 ədəd müxtəlif şəkildə psixotrop maddələr aşkar edilib.

2005-ci ildə statistik avtomatlaşdırılmış gömrük informasiya sistemi təkmilləşdirilib.

Xəbər lenti

Xəbər lenti