...

Dövlət Baytarlıq Xidməti Dünya Bankı tərəfdən yardıma arxalanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 14:48 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidməti Dünya Bankı (DB) tərəfdən yardıma bel bağlayır. Trend in məlumatına görə, bu barədə yanvarın 31-də Xidmətin rəhbəri İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 30-da hər iki strukturun mütəxəssislərinin iştirakı ilə görüş keçirilib. "10 gün ərzində biz öz təkliflərimizi hazırlayıb Banka təqdim etməliyik", - deyə İ.Həsənov bildirib.

DB-nın nümayəndələri ilə dünənki görüş təşkilatın Azərbaycana bu sahədə yardım göstərəcəyinə ehtimal etməyə əsas verir", - deyə Xidmətin rəhbəri bildirib.

Bundan əlavə, İ.Həsənovun sözlərinə görə, ölkə büdcəsindən dezinfeksiya maddələrinin və müxtəlif avadanlıqların alınması və s. üçün $100 min dollar məbləğində vəsait ayrılacaq.

"Bu günlərdə Asiya İnkişaf Bankının (AİB) ayırdığı vəsait hesabına Xidmətin nümayəndələri ilə birgə bir sıra şeylər alınacaq", - deyə dövlət strukturunun nümayəndəsi bildirib.

AİB-nın "quş qripi" ilə mübarizədə təcili yardımının ümumi məbləği $250 min təşkil edir ki,bu yardım çərçivəsində ölkəyə artıq $50 min vəsait ayrılıb. Bu vəsaitlər xüsusi müdafiə geyimlərinin və monitorinqlərə və yoxlamalara cəlb edilən əməkdaşların bu xəstəliyə yoluxmasının qarşısını almaq üçün zəruri olan əşyaların alınması üçün nəzərdə tutulub. AİB hazırda "quş qripi" risqi ilə bağlı vəziyyətə nəzarət üçün yardım strategiyası hazırlayır.

Bundan əlavə, AİB iri miqyaslı layihələri maliyyələşdirməyə hazır olduğunu bildirib. Maliyyələşmənin məbləği Bankın Direktorlar Şurasında təsdiqləndikdən sonra elan ediləcək. Vəsait Orta Asiya regionu və Azərbaycan üçün ayrılıb.

Xəbər lenti

Xəbər lenti