...

Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 15:02 (UTC +04:00)

Vergilər nazirinin əmri ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və vergi sistemində aparılmış islahatlarla əlaqədar yeni bəyannamə formaları təsdiqlənib. Trend in nazirliyin press-relizinə istinadən xəbər verdiyi kimi, 2006-cı il yanvarın 1-dən yol vergisi Bəyannaməsi və vergi öhdəlikləri haqqında Arayış qüvvəyə minib.

Bundan başqa fevralın 1-dən ƏDV, aksiz və mədən vergisi haqqında bəyannamələrin, AR-də istehsal olunmuş və qiyməti dövlət tərəfindən tənzimlənən məhsulun müqavilə qiyməti və müəssisənin daxili topdan satış qiyməti arasında fərqin dövlət büdcəsinə ödənilməsi haqqında hesabatın, vergi ödəyicilərinin əldə etdiyi vergi hesab-fakturaları haqqında Hesabatın tətbiq ediləcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti