...

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Bakıdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 15:45 (UTC +04:00)

Yanvarın 31-də Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ilə görüşüb. Trend in xəbər verdiyi kimi, bu barədə Baytarlıq xidmətinin rəhbəri İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı ÜST mütəxəssislərinə Azərbaycan ərazisində "quş qripi" virusunun yayılması hallarının qarşısının alınması istiqamətində görülən işlər haqqında məlumat verilib.

ÜST nümayəndələri NMR, Bərdə, Masallı və Astarada mövcud vəziyyətlə tanış olmaq məqsədilə bu ərazilərdə olmaq arzusunda olduqlarını bildirib. Baytarlıq xidməti isə bunun üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

İ.Həsənov onu da qeyd edib ki, artıq Azərbaycanda "quş qripi" virusunun yayılmasının müəyyən edilməsi üzrə sayca 8-ci monitorinq başlayıb. "Monitorinqlər mart ayınadək - çöl quşlarının köç etmə dövrünədək keçiriləcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti