...

Azərbaycan hökuməti xammal ehtiyatlarının təmin olunmasında Baku Steel Company-yə yardım edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 16:25 (UTC +04:00)

Fevralın 1-dən Baku Steel Company (BSC) istehsalı bərpa edir. Bu barədə Trend ə şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda zavodda işlərin başlanılması ilə bağlı olaraq hazırlıq tədbirləri həyata keçirilir.

BSC-nin fəaliyyətinin 2 şəftə ərzində dayandırılması armatur istehsalında istifadə olunan metal xammalının qurtarması ilə bağlı idi.

Müəəsisənin xammalla təmin edilməsi məsələsinə toxunan BSC nümayəndəsi qeyd edib ki, hökumətin yardımı ilə hazırda zavod istehsalın bərpa edilməsi üçün kifayət qədər xammala malikdir.

Müəssisədə xammala gündəlik tələbat 1 min ton təşkil edir.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, istehsalın qısa müddətə dayandırılmasının BSC-nin 2200 işçisi ilə heç bir əlaqəsi yoxdur.

"İstehsalın dayandırılması zamanı zavodda təmir-montaj işləri aparılıb" -deyə o bildirib.

2006-cı ildə Baku Steel Company (BSC) istehsal həcmini 25% artırmağı planlaşdırır. Bu göstərici 2005-ci ildə 330 min ton təşkil edirdi. Şirkət fəaliyyətə başlayanda bu göstərici 125 min ton təşkil edirdi.

BSC fəaliyyətə başladığı vaxtdan istehsala $76 mln. həcmində vəsait qoyub.

Bu gün BSC-nin- ölkənin ikinci ən iri vergi ödəyicisinin istehsal gücü gündəlik 350 min ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti