...

FAO-nun Azərbaycan üzrə nümayəndəsi təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 18:32 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations) FAO-nun Azərbaycan üzrə nümayəndəsi təyin edilib. Kənd təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, yanvarın 30-da təşkilatın nümayəndə heyəti başda yeni təyin olunmuş nümayəndə Əbdüllətif Tabet olmaqla kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşüb və etimadnaməsini təqdim edib.

Görüşdə TIKA -nın (Türkiyənin Nazirlər Kabineti yanında beynəlxalq inkişaf və əməkdaşlıq üzrə Türkiyüə təşkilatı) və Asiya İnkişaf Bankının nümayəndəsi də iştirak edib.

"Nümayəndə heyətinin Bakıya səfəri iki həftəyə qədər davam edəcək", - deyə Nazirlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti