...

Sığorta pulları 2005-ci ildə 22,3% artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 19:11 (UTC +04:00)

İlkin məlumatlara görə, 2005-ci il ərzində respublikada fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən yığılmış sığorta pullarının ümumi həcmi 81 mln. AZN təşkil edib. Bu barədə Trend ə Maliyyə nazirliyinin dövlət sığorta nəzarəti şöbəsinin rəisi Bəybala Xankişiyev bildirib. 2004-cü illə müqayisədə sığorta daxilolmalarının artımı 22,3% səviyyəsində olub.

Sığortanın könüllü növləri üzrə sığorta şirkətləri 23% toplayb ki, bu da ötən ildən öncəki illə müqayisədə çoxdur və 75,3 mln. AZN təşkil edib. Sığortanın icbari növləri üzrə daxilolmaların artımı 13,3% təşkil edib və pul həcmi 5,61 mln. AZN-ə çatıb.

Sığorta ödəmələri üzrə artım da müşahidə edilib və bu, 23,7% səviyyəsində olub və 18,24 mln. AZN təşkil edib. Bu artım 2004-cü ildə 14,74 mln. AZN təşkil edib. Artım sığortanın könüllü növü hesabına təmin edilib. Bununla bağlı ödəmələr 16,33 mln.AZN təşkil edib. Bu ödəmələr ötən ildən öncəki illə müqayisədə 30,3% artıb. Sığortanın icbari növləri üzrə ödəmələr 13,5% azalıb və 1,91 mln. AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti