...

Sığorta şirkətləri nizamnamə kapitalı üzrə normativi yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 19:28 (UTC +04:00)

Respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin nizamnamə fondunun ümumi həcmi 2005-ci il ərzində 41,2% artaraq 32,2 mln.AZN təşkil edib. Bu barədə Trend ə Maliyyə nazirliyinin dövlət sığorta nəzarəti şöbəsinin rəisi Bəybala Xankişiyev bildirib. Bu gün respublikada 28 sığorta şirkəti fəaliyyət göstərir, bunlardan 6-sı müştərəkdir.

Qeyd edək ki, 2005-ci il yanvarın 1-dən sığorta şirkətlərinin minimum nizamnamə kapitalının artırılması yeni beşillik proqramının gerçəkləşdirilməsinə başlanılıb. Bu proqrama əsasən 2006-cı il 1 yanvar üçün sığorta şirkətlərinin kapitalı 3 mlrd. manata bərabər olmalı, 2010-cu il 1 yanvar üçün isə 5 mlrd. manata çatdırılmalıdır.

Maliyyə nazirliyinin tələbindən asılı olmadan bəzi şirkətlər öz kapitalının artırılması tendensiyasını dəstəkləyir. Məsələn, belə şirkətlərdən biri Beynəlxalq sığorta şirkətidir ki, sığorta bazarında yeni olmasına baxmayaraq ən yüksək nizamnamə kapitalı göstəricisinə malik olaraq bu həcmi 2005-ci ildə 25 mlrd. manatdan 44 mlrd. manatadək artırıb.

"Azərsığorta" dövlət kommersiya sığorta şirkəti dekabrda nizamnamə kapitalını 6,7% artıraraq 8 mlrd. manata çatdırıb. Bu barədə şirkətin baş direktorunun birinci müavini Aftandil Hacıyev bildirib.

Mbask şirkətinin nizamnamə kapitalı ötən il 10 mlrd. manata çatdırılıb və bu da AYİB-in həmin sığorta şirkətində 30% paya sahib olması nəticəsində mümkün olub. Şirkətin strateji planına əsasən 2009-cu il üçün Mbask-ın nizamnamə kapitalı $4 mln.-a çatacaq.

Xəbər lenti

Xəbər lenti