...

Baytarlıq Xidmətində quş qripi ilə mübarizə üzrə xüsusi komissiya yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2006 13:49 (UTC +04:00)

Yanvarın 30-da Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidməti Baytarlıq Şurasının qərarı ilə "quş qripi" ilə mübarizə üzrə xüsusi komissiya yaradılıb. Bu barədə Trend ə dövlət strukturunun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, komissiyanın tərkibinə bu istiqamətdə fəaliyyət göstərən, həmçinin, yerlərdə vəziyyəti yoxlamaq üçün keçirilən monitorinqlərdə iştirak edəcək mütəxəssislər və alimlər daxildir.

"Lazım gələrsə komissiyanın tərkibinə KİV nümayəndələrinin də daxil edilməsi mümkündür", - deyə Baytarlıq Xidmətinin nümayəndəsi qeyd edib.

Komissiyada bu yaxınlarda təsdiqlənəcək və "quş qripi" virusuna yoluxma faktlarının aşkar olunması təqdirdə təcili tədbirlər görəcək mobil qruplar işləyəcək.

Hazırda Səhiyyə Nazirliyi, Baytarlıq Xidməti, Ekologiya nazirliyi və Ovçular cəmiyyətinin nümayəndələrindən ibarət yaradılmış əvvəlki xüsusi komissiya tərəfindən sayca 8-ci monitorinq keçirilir.

Xəbər lenti

Xəbər lenti