...

2005-ci ilin dövlət büdcəsinin defisiti ÜDM-nin 0,7%-ni təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2006 16:06 (UTC +04:00)

Dəqiq məlumatlara görə, 2005-ci il ərzində dövlət büdcəsi gəlirinin proqnozu 100,5% yerinə yetirilib və planda nəzərdə tutulmuş 2 044,4 mln. AZN ilə birgə xəzinəyə 2 055, 234 mln. AZN köçürülüb. Bu barədə Trend ə Maliyyə Nazirliyində bildirilib. Hesabat dövrü ərzində vergilər nazirliyinin xəttilə 1420,4 mln. AZN proqnozuna qarşı 1 424,4 mln. AZN yığılıb və müvafiq olaraq 100,3% yerinə yetirilib.

Vergi ödəmələri əsasən qeyri-neft sektorunun hesabına təmin edilib və AR DNŞ-in ümumi daxilolmalarda payı 38,1% ətşkil edib. AR DNŞ ötən il 542,1 mln. AZN köçürüb ki, bu da 2004-cü illə müqayisədə 41% (157,7 mln.AZN) çoxdur.

Gömrük vergiləri və rüsumları 376,2 mln. AZN həcmində yığılıb myvafiq olaraq DGK tərəfindən proqnoz 107,5% yerinə yetirilib. Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə planda nəzərdə tutulduğundan 27,6%, yəni 3,062 mln. manat çox köçürülüb.Dövlət neft fondundan xəzinəyə transfertlər tamamilə köçürülüb. 2005-ci ilə bu hesablamalar 150 mln. AZN həcmində qoyulub. Avropa Birliyinin xəttilə ərzaq təhlükəsizliyi Proqramı çərçivəsində qrant vəsaitləri nəzərdə tutulduğundan çox 8,5%, yəni 10,846 mln. AZN həcmində köçürülüb.

Büdcədənkənar fondlardan daxilolmaların payı 71 259,6 min AZN həcmində köçürülüb. Digər gəlirlər üzrə tam daxilolmalar müşahidə edilmir və dövlət büdcəsinə 17550,8 min AZN köçürülüb.

2005-ci ildə dövlət büdcəsinin defisiti ÜDM-nin 0,7%-i (94,766 mln.AZN) təşkil edib ki, bu da proqnozdan 0,6% çoxdur. 2005-ci ildə dövlət büdcəsinin məxarici 97,2% yaxud 2,15 mlrd. AZN həcmində reallaşdırılıb ki, bu da 2004-cü illə müqayisədə 42,5% çoxdur. Hesabat dövründə dövlət kapital qoyuluşuna məxaric üzrə 161 mln. AZN istifadə olunub.

Hesabat dövrünün sonu üçün minimum aylıq əmək haqqının həcmi 30 AZN-dək artırılıb və bu məqsədlə dövlət büdcəsindən 132 mln. AZN ayrılıb. Səfirlik və nümayəndəliklərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün diplomatik nümayəndəliklərdə işləyənlərin investisiya xərcləri və ehtiyat fondu hesabına əmək haqqının 30% artırılmasına 18,6 mln. AZN ayrılıb. Sosial bəndlər üzrə xərclər demək olar ki, tam yerinə yetirilib, üzvlük haqları üzrə ödəmələr isə tam yerinə yetirilməyib.

Büdcədən aqrolizinq, ipoteka, sahibkarlara kreditlərin verilməsi, Milli Məclisə seçkilərin keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitlər tamamilə istifadə olunub. Ötən il ümumi büdcənin gəlirləri 27,8%-dən çox, xərclər isə 97,6% icra edilib. 2004-cü illə müqayisədə gəlirlər üzrə bu, 53,5%, xərclər üzrə isə 34,1% çoxdur.

Xəbər lenti

Xəbər lenti