...

İntiqam Babayev: "İpoteka" haqqında qanuna verdiyimiz təkliflərdə 50 faiz güzəştlər nəzərdə tutulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2006 16:50 (UTC +04:00)

"İpoteka haqqında" Qanunun tətbiqi ilə bağlı Gənclər və İdman Nazirliyinin hazırladığı sənədlərin son variantı müvafiq dövlət strukturlarına təqdim olunub və hazırda həmin sənəd üzərində iş aparılır.

Bu fikirləri Trend ə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

O, qeyd edib ki, nazirliyin təqdim etdiyi sənəd gənclərə xüsusi imtiyazları, güzəştləri nəzərdə tutur: "Biz həm beynəlxalq təcrübəni, həm də özümümüzün dövlət imkanlarımızı nəzərə alaraq bir sıra təklifləri sənədə daxil etmişik. Amma dünya təcrübəsində olduğu kimi, bizdə də "İpoteka"ya əsasən əvvəlcədən müəyyən məbləğdə vəsait ödənməlidir. Bizim hazırladığımız sənəddə bu məbləğlə də bağlı güzəştlər var. Yəni, "İpoteka"da göstərilən rəqəmin, güzəştli təklifdə 50 faiz azaldılması nəzərdə tutulur. Əvvəldən müəyyən miqdarla vəsait ödənilməsinin ləğv edilməsi isə mümkün deyil, çünki bu, heç dünya təcrübəsində yoxdur"-deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti