...

Bakı hava limanındakı Noliday Inn mehmanxanasının operatoru Intercontinental Hotels Qroup oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 12:20 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyinin AZAL Dövlət Konserni Britaniyanın Intercontinental Hotels Qroup şirkəti ilə memorandum imzalayıb. Həmin memorandum Azərbaycanda ilk Noliday inn mehmanxanasının idarə olunmağa verilməsini nəzərdə tutur.

Trend in verdiyi xəbərə görə, Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov bildirib ki, hazırda konsern Lənkəranda, Gəncədə, Zaqatalada yeni hava limanlarının tikintisini həyata keçirir. Naxçıvandakı hava limanını tikintisi isə artıq başa çatıb. Analoji mehmanxaların bu aeroportlarda da tikintisi nəzərdə tutulub.

Noliday inn Mehmanxanası "Heydər Əliyev adına" Bakı beynəlxalq aeroportunda yerləşir və Azərbaycanın özəl Silk Way şirkətinin sifarişi ilə tikilir. Yeni mehmanxanada 194 nömrə, səkkiz IIP, bir prezident və 4 nömrə əliləlr üçün olacaq. Tikintinin bu il sentyabrın əvvəllərində başa çacağı gözlənilir.

Tikinti işləri Türkiyənin Ziman Insaat şirkəti tərəfindən həyata keçirilir. Burada təkcə "AZAL" Dövlət Konserninin sərnişinləri deyil, digər şirkətlərin sərnişinləri də istifadə edə bilər. Mehmancananın tikintisi layihəsinin dəyəri $17 mln-dur.

Xəbər lenti

Xəbər lenti