...

Azərbaycan-Rusiya biznes forumuna hazırlıq işləri aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 12:36 (UTC +04:00)

Fevralın 21-də Gülüstan sarayında Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin iştirakı ilə Azərbaycan-Rusiya biznes-forumunun təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə Trend ə Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının icraçı direktoru Gennadi Tretyakov məlumat verib.

Onun sözlərinə görə, ilkin proqrama əsasən, forum fevralın 22-23-də Biznes mərkəzində, İqtisadi İnkişaf nazirliyində, Heydər Əliyev adına idman-sərgi kompleksində dəyirmi masa və seminarlarla davam edəcək.

İcraçı direktorun sözlərinə görə, hazırda forumun proqramı razılaşdırılır. Forumun işində Azərbaycan və Rusiyanın müxtəlif işgüzar dairələrinin 500-dək iş adamı və nümayəndəsinin iştirakı gözlənilir.

G.Tretyakov qeyd edib ki, forum və müxtəlif diskusiyalar zamanı ticarət-iqtisadi əməkdaşlığın perspektivləri və yeni işgüzar münasibətlərin qurulması imkanlarının müzakirə olunacağı gözlənilir. Həmçinin, "Ümumrusiya sərgi mərkəzi" Dövlət Səhmdar cəmiyyəti və "Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatası" arasında "Sərgi-yarmarka fəaliyyəti sahəsində əməkdaşlığa dair saziş"in imzalanması da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti