...

Yanvarda birja valyuta bazarının həcmi 32,7% azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 13:05 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjası (BBVB) valyuta bölməsində ticarətin yekunları üzrə banklar beşliyini - 2006-cı ilin yanvarında Azad mübadilə olunun valyuta (AMV) birja bazarının aparıcı operatorlarını müəyyən edib. Trend birjanın yaydığı press-redizə istinadən yaydığı məlumata görə, birja valyuta bazarının lider banklarının sırasına Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku, Bank Standard, "Respublika" bankı və UniBank. Beynəlxalq Bankla bağlanmış sövdələşmələrin payına valyuta seksiya ticarətin ümumi dövriyyəsində 32,78%, Bank of Baku - 6,97%, Bank Standard - 4,31%, "Respublika" bankı - 3,84% və UniBank - 3,15% düşüb.

Ötən ay BBIB valyuta seksiyasındakı ticarətdə cəmi 24 bank iştirak edib. Hesabat dövründə ticarətin birja elektron sistemində (BEST) 34 ticarət sessiyası keçirilib və 80 sövdələşmə qeydə alınıb. ABŞ dolları ilə ticarətin həcmi 65,290 mln AZN və ya $71,312 mln təşkil edib. Avro və rus rublu ilə sövdələşmə qeydə alınmayıb. Dekabr ayı ilə müqaüyisədə valyuta seksiyasında ticarətin həcmi $34,61 mln və ya 32,7% aşağı düşüb. Hesabat ayının göstəriciləri $7,3 mln və ya 9.3% 2005-ci ilin yanvar ayındakı valyuta ticarətinin həcmindən aşağı olub ki, bu da bu il birinci təqvim ayında iş günlərinin sayının az olması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti