...

İcra hakimiyyəti və Nəqliyyat Nazirliyi 2030-cu ilə qədər Bakıda nəqliyyat şəbəkəsinin inkişaf sxemini hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 13:28 (UTC +04:00)

Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi barədə" sərəncamı çərçivəsində şəhərin İcra hakimiyyətinə şəhərtikintisi üzrə tədbirlər həyata keçirilərkən küçələrin, yolların və digər nəqliyyat infrastrukturunun planlaşdırılmasının həyata keçirilməsi, eləcə də planların qəbul edilməsinin təmin edilməsi tapşırılıb. Trend in verdiyi xəbərə görə, bundan əlavə, ölkənin Nəqliyyat Nazirliyi ilə birgə 6 ay ərzində 2030-cu ilə qədər şəhərin nəqliyyat şəbəkəsinin inkişafının sxemi hazırlansın.

Müvafiq orqanlara yol hərəkəti iqaydalarını pozduqlarına görə cəzaları gücləndirmək və bu hərəkətlərə görə cərimə ödəmələrini mexanizmini təkmilləşdirmək üzrə təkliflərin hazırlanması tapşırılıb.

Sərəncam çərçivəsində iki ay ərzində maşınların saxlanılması qaydalarını pozanlar üçün xüsusi avtomobil dayanacaqlar yaradılması, eləcə də bu cür avtomobillərin köçürülməsi üçün xüsusi texnikanın alınması ehtimal edilir. Yükqaldırıcılığı 5 tondan artıq olan avtomobillərə (xüsusi və qəza-xilasetmə texnikasından başqa) saat 08.00-dən 21.00-ə kimi şəhərə giriş məhdudlaşdırılıb. Ehtimal olunur ki, sərnişin avtobuslarının marşrutlarının təkmilləşdirilməsi və ictimai nəqliyyat dayanacaqlarının yerlərinin müəyyən edilməsi də təkmilləşdiriləcək.

Sərəncama əsasən, bu ilin avqust ayına kimi Bakının mərkəzindəki pis vəziyyətdə olan yollar təmir ediləcək və yeniləşdiriləcək. Yolun keçid hissəsinin və piyadalar üçün səkilərin daralmasına səbəbtolan tikintilərin tikilməsinə qadağa qoyulacaq. Həmçinin, tikintisinə hələ başlanılmayan yaşayış evlərinin layihələri nəzərdən keçiriləcək. Burada məqsəd onloarın zirzəmilərindən maşınların dayanacaqlarının yaradılmasına dəyişikliklər gətirməkdir. Avtomobil nəqliyyatının dayanması üçün yerə malik olmayan tikililərin tikilməsinə icazə verilməyəcək. Bir ay ərzində şəhər icra hakimiyyətinə iri ticarət mərkəzlərinin Bakının kənarına köçürülməsi və belə obyektlərin gələcxəkdə Bakının kənarında tikilməsinin təmin edilməsi barədə tapqşırıq verilib.

Həmçinin, Abşeron yarımadasının cənub-qərb hissəsindən cənub -şərq hissəsinə kimi yeni dairəvi magistralın və Bakı hava limanına qədər 8-10 zolaqlı yolun tikintisi nəzərdə tutulub. Şəhər rayonların icra hakimiyyətlərinə özəl şirkətlərə pulul qarajların və avtomobil dayanacaqlarının tikintisi üçün sahələr verilməsi ilə bağlı göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti