...

Beynəlxalq bank çip kartlarının emissiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 15:03 (UTC +04:00)

Azərbaycanın Beynəlxalq bankı (AMB) Iisa Inte¬natio¬nal beynəlxalq ödəmə sisteminin çip kartlarının emissiyasına başlayıb. AMB idarə heyəti sədrinin müavini Emil Mustafayev Trend ə bildirib ki, bu gün ümumi sifariş həcmindən artıq 12 min kart reallaşdırılıb.

Iisa-nın MDB ölkələri üzrə regional meneceri Svetlana Qeorbelidzenin sözlərinə görə, metroda gediş haqqının artıq ikinci rübdən başlanacaq kartlar vasitəsilə ödənməsi layihəsində də çip kartlarından istifadə olunacaq. Yaxın vaxtlarda bazarda yeni dizaynla ilk sosial çip kartı görünəcək və təqaüdçülər bundan metroda gediş haqqının ödənməsi üçün istifadə edə biləcək. Təqaüd kartları gələn ildən çip kartları ilə əvəz ediləcək, bunlar artıq üç ildir dövriyyədədir.

S.Qeorbelidzenin sözlərinə görə, Azərbaycanda hələlik Iisa sistemi kartlarının emitenti olan üç bank- AMB, Əmrahbank və Texnikabank çip kartlarının buraxılışına keçidi başa çatdırıb. Bu proses adətən 3-4 ay davam edir. O, hesab edir ki, bütövlükdə, MDB ölkələri arasında plastik kartları bazarının inkişafında Azərbaycan çox qabaqcıl ölkədir. Xüsusilə AMB sayəsində həm ödəmə sisteminin assosiativ üzvləri üçün sponsorluq şəbəkəsi inkişaf etdirilir, həm də yeni layihələr həyata keçirilir. Bu bank Azərbaycanda ilk dəfə olaraq informasiya köşkünün qurulmasına başlayıb. Bakıda artıq pilot layihəsi üçün 1 informasiya köşkü quraşdırılıb, ilin sonunadək isə bunun sayının 100-ə çatdırılması nəzərdə tutulur.

Bankomatlardan fərqli olaraq bu köşklərin köməyilə təqaüdlərin alınması, komunnal xidmətlərin ödənməsi və pul köçürmələri üzrə əməliyyatların aparılması mümkün olacaq. Pul köçürmələrini yalnız AMB-də hesabı olan fiziki şəxslər, qalan əməliyyatları isə bütün vətəndaşlar həyata keçirə bilər.

Xəbər lenti

Xəbər lenti