...

Amerikanın Walls Fargo HSBC bankı Azərbaycanda US EximBank-ın zəmanəti ilə üç layihənin maliyyələşdirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 15:18 (UTC +04:00)

Amerikanın Walls Fargo HSBC bankı Azərbaycanda ümumi məbləği $6,1 mln. olan üç kənd təsərrüfatı layihəsinin maliyyələşdirilməsinə başlayıb. Bu barədə Trend ə Azərbaycan Beynəlxalq bankı (AMB) idarə heyəti sədrinin müavini Emil Mustafayev bildirib. Onun sözlərinə görə, k/t və suvarma avadanlığının tədarükünə dair müqavilələr pambıqçılıq sahəsi ilə məşğul olan iki şirkətlə bağlanıb. Üçünü layihə hazırda inşası sonuncu mərhələdə olan İmişli şəkər zavodu üçün şəkər çuğundurunun suvarılması məqsədilə irriqasiya məsələlərinin həlli ilə bağlıdır. Baxmayaraq ki, iki şirkətlə müqavilələr hər biri $2, 5 mln. olmaqla bağlanıb kredit ehtiyatları demək olar ki, proporsional olaraq bölünüb.E.Mustafayev qeyd edib ki, hər üç layihə ABŞ-dan EximBank-ın zəmanəti ilə müvafiq texnikanın gətirilməsi ilə bağlıdır, maliyyələşdirməni isə Amerikanın Walls Fargo HSBC bankı həyata keçirəcək.

Müqavilələr pambıqçılıq sahəsi ilə məşğul olan CTS Aqro, MKT Istehsalat Kommersiya şirkətləri və Anadolu Kənd Təsərrüfatı Məhsulları (şəkər çuğundurunun suvarılması) Ialmont Industries Inc. (Ialmont) şirkəti ilə AMB-nin veksel təminatı ilə bağlanıb. Veksellər 5 il müddətinə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti