...

Azərbaycanın baş naziri 2007-ci ilin büdcəsinə hazırlığa başlamaq barədə göstəriş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 17:00 (UTC +04:00)

Azərbaycanın baş naziri Artur Rasizadə 2007-ci il üzrə dövlət büdcəsinin hazırlanmasına başlamaq barədə sərəncam verib. Maliyə Nazirliyindən Trend ə verilən məlumata görə, "Büdcə sistemi barədə" Qranuna müvafiq olaraq büdcə prosesi növbəi büdcəi ilinin başlamasına 11 ay qalmış başlanır. Bunun üçün mədaxil və məxaricləri üzrə dövlət komissiyası yaradılır və onun tərkibi müxtəlif Nazirliklərin, Dövlət Komitələrinin və büdcə təşkilatlarının nümayəndələrindən formalaşır. Bu günlərdə Nazirlər Kabineti komissiyanın tərkibini təsdiqləyəcək. Maliyyə Nazirliyinin təklifinə görə, mədaxil üzrə komissiyasına ötən il olduğu kimi maliyyə nazirinin müavini Azər Bayramov başçılıq edəcək.

Büdcə prosesi İqtisadi İnkişaf Nazirliyinin martın 1-nə qədər Maliyyə Nazirliyinə təqdim etməli olduğu sosial-iqtisadi inkişaf üzrə ortamüddətli göstəricilərin işlənməsindən başlanır. Onların əsasında aprelin 15-də dövlət büdcəsinin ilkin variantı hazır olmalıdır. Avqustun 1-nə kimi makroiqtisadi göstəricilərin proqnozları elə dəqiqləşdirilməlidir ki, avqustun sonlarına kimi büdcə təşkilatları proqnoz göstəricilərinin qiymətləndirilməsini apara bilsin.

2006-cı ilin Büdcə paketində göstərilən orta müddətli perspektivdəki proqnozlara görə, 2007-ci il üçün ümumi büdcə gəlirləri 5 212 140,9 min AZN, xərclər 5 208 184,7 min AZN nəzərdə tutulub. Bu zaman dövlət büdcəsinin gəlirləri 4 203 mln AZN, xərclər 4 400 mln AZN məbləğində proqnozlaşdırılır. İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, 2007-ci ildə ÜDM 18,180 mlrd AZN məbləğində proqnozlaşdırılır.Bu proqnozların dəyişiləcəyi istisna edilmir. Bu, eləcə də 2006-cı ilin proqnoz göstəricilərinin yerinə yetirilməsinin gedişindən və vəziyyətdən asılıdır.

Xəbər lenti

Xəbər lenti