...

Gürcüstan Azərbaycana olan əsas borcunu yeni qrafik üzrə ödəməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 17:28 (UTC +04:00)

2005-ci ildən başlayaraq Gürcüstanın Maliyyə nazirliyi Azərbaycana olan əsas borclarının ödənilməsinə başlayıb. Lakin Azərbaycan tərəfindən Gürcüstana olan borcun restrukturlaşdırılmasına dair yeni saziş hələ imzalanmayıb. Azərbaycanın maliyyə nazirliyindən Trend ə verilən məlumata görə, ilk dəfə $70 min məbləğində xarici borc ödənilib. 2006-cı ildə isə Azərbaycan büdcəsinə $1,5 mln vəsait keçiriləcək.

Sazişin imzalanmasının gecikdirilməsinin səbəbi Gürcüstan hökumətində kadr dəyişikliyi ilə bağlı idi. İndi isə rəsmi Bakı hər iki ölkə arasında gömrük sazişinin imzalanması prosedurlarının tənzimlənməsini gözləyir. Artıq 2005-ci ilin yayında Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etmək üçün Zurab Noqaidelinin baş nazir kimi Azərbaycana səfəri zamanı növbəti restrukturlaşdırma haqqında razılaşma əldə olunsa da, Nazirlər Kabinetindən bildirilib ki, bu məsələ Gürcüstanın gömrük sazişinin bağlanması üzrə razılığından sonra həll olunacaq.

Lakin Gürcüstan tərəfinin Azərbaycanın Maliyyə nazirliyinə xəbər verdiyi kimi, onun borclarının restrukturlaşdırılmasına dair sazişin imzalanması üçün səlahiyyətlər verilib.

Gürcüstanın Azərbaycana ümumi borcu 16 189 573 dollar təşkil edir. Yeni varianta əsasən, borcun $3,239 milyonu 2007-i ildə ödənilməyə başlanmalı və bu proses 2021-ci ildə başa çatmalıdır. Borcun $2 mln-nun ödənilməsinə saziş qüvvəyə mindikdən dərhal sonra başlanacaq. Bu proses iki mərhələdə həyata keçiriləcək və 2006-cı ilin sonuna kimi başa çatacaq. Borcun 3-cü hissəsi isə 2010-cu ildə ödəniləcək. Bu mərhələ 2025-ci ilədək davam edəcək. Faizlər ildə 3%-lə hesablanacaq.

Xəbər lenti

Xəbər lenti