...

Dövlət Komissiyası ÜTT-na daxil olmaqla bağlı hazırlıq çərçivəsində sənədləri müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 17:42 (UTC +04:00)

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasına hazırlıqla bağlı dövlət komissiyasının iqtisadi inkişaf naziri Heydər Babayevin sədrliyi altında 5-ci iclası fevralın 5-də keçiriləcək. Bu barədə Trend ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. Onun vəzifəsinə ÜTT-nın katibliyinə təqdim etmək üçün növbəti danışıqlar üçün hazırlanmış sənədlərin müzakirəsi daxildir.

Onlar danışıqları 2006-cı ilin yanvarında keçirmək üçün hələ bu il yanvarın ortalarında göndərilməli idi. Adətən danışıqlara 4-5 həftə qalmış sənədlər bu beynəlxjalq təşkilatın katibliyinə təqdim edilməlidir. Bununla əlaqədar danışıqların aparılmasının həqiqi tarixinin gələn ay olacağını hesab etmək olar.

Hazırda Azərbaycan ÜTT ilə danışıqların ilkin mərhələsi çərçivəsində son görüşə hşazırlaşır. Qarşıdakı mərhələnin gedişində ÜTT-nın üzvləri olan və Azərbaycana öz sualları ilə müraciət edən Avropa Birliyinin, ABŞ. Kanada və Avstraliyanın nümayəndələri ilə görüşlər keçiriləcək. Onlar qiymət siyasəti, gömrük rəsmiləşdirilməsi, lisenziyalaşdırma sahəsində siyasət, özəlləşdirmə, standartlaşdırma və sertifikatlaşdırılmaya aiddir.

Xəbər lenti

Xəbər lenti